Xəbərlər
Vüqar Həşimovun xatirə turniri: II turda da qalib olmadı Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Shamkir Chess 2018 superturnirində bu gün 2-ci turun görüşləri keçirilib. Bu turda da bütün qarşılaşmalar heçə-heçə yekunlaşıb. 2018-04-21 Daha ətraflı...
Dinq Liren: "Berlində Şəhriyarın səhvi həlledici oldu" Şəmkirdə keçirilən Vüqar Həşimov Memorialının II turunda Çin şahmatçısı Dinq Liren Rusiya təmsilçisi Sergey Karyakinlə heç-heçə oynayıb. ShamkirChess 2018 superturnirinin mətbuat xidməti xəbər verir ki, Liren  mətbuat konfransında oyun barədə bunları deyib: "Debütdən sonra üstünlük qazanmadım. 2018-04-20 Daha ətraflı...
İlk gedişi Xanlar Allahverdiyev etdi Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq şahmat turnirində növbəti tura start verilib. 2018-04-20 Daha ətraflı...
Teymur Rəcəbov: "Vüqarın debütlərinə qarşı ciddi hazırlaşırdıq" Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirinin ilk turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov Bolqarıstan təmsilçisi Veselin Topalovla heç-heçə oynayıb. 2018-04-20 Daha ətraflı...
David Navara: "Raufa qalib gəlmək imkanım var idi" Şəmkirdə təşkil olunan şahmat üzrə Vüqar Həşimov Memorialında I tur sona çatıb. İlk turda Azərbaycan şahmatçısı Rauf Məmmədov qara fiqurlarla Çexiya təmsilçisi David Navarayla heç-heçə oynayıb. 2018-04-19 Daha ətraflı...
Maqnus Karlsen: "Şəhriyara uduzsaydım çox məyus olardım" Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirinin I turunda Şəhriyar Məmmədyarov (Azərbaycan) dünya çempionu Maqnus Karlsenlə (Norveç) heç-heçə oynayıb. 2018-04-19 Daha ətraflı...
Şəhriyar Məmmədyarov: "Vüqar Həşimov heç-heçə təklif etmişdi..." Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirinin I turunda Şəhriyar Məmmədyarov (Azərbaycan) dünya çempionu Maqnus Karlsenlə (Norveç) heç-heçə oynayıb. Partiyadan sonra Məmmədyarov mətbuat konfransında oyun haqqında danışıb: "Üstünlüyüm yox idi. 2018-04-19 Daha ətraflı...
ShamkirChess2018 başladı Vüqar Həşimov Memorialında ilk tura start verilib. ShamkirChess2018 turnirinin mətbuat xidməti xəbər verir ki, I turda Şəhriyar Məmmədyarov (Azərbaycan)-Maqnus Karlsen (Norveç) görüşündə ilk gedişi şahmat üzrə dəfələrlə dünya və olimpiya çempionu Nona Qaprindaşvili və Şəmkir İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov edib.  2018-04-19 Daha ətraflı...
Şəmkirdə Vüqar Həşimov memorialının təntənəli açılış mərasimi olub Aprelin 18-də Şəmkirdəki Heydər Əliyev Mərkəzində məşhur şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turnirinin açılış mərasimi keçirilib. 2018-04-19 Daha ətraflı...
Karlsen Şəmkirdə özünü basketbolçu kimi sınadı Şahmat üzrə dünya çempionu Maqnus Karlsen Vüqar Həşimov Memorialında iştirak etmək üçün Şəmkirə gəlib. ShamkirChess2018 turnirinin mətbuat xidməti xəbər verir ki, norveçli şahmatçı yarışdan əvvəl basketbol oynamaq istədiyini bildirib. 2018-04-18 Daha ətraflı...
FİDE prezidenti Şəmkirə gəlir Bu gün Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirinin açılış mərasimi keçiriləcək. Turnirin mətbuat xidməti xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyasının prezidenti - FİDE rəhbəri Kirsan İlyumjinov tədbirdə iştirak etmək üçün Şəmkirə gələcək.  2018-04-18 Daha ətraflı...
Şəhriyar MƏMMƏDYAROV: "Berlində heç vaxt gözləmədiyim dəstəyi hiss etdim" Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ShamkirChess 2018 superturnirinin rəsmi saytına müsahibə verib. 2018-04-17 Daha ətraflı...
Rauf  MƏMMƏDOV: "Kramnik mənim kumirimə çevrilib" Vüqar Həşimov Memorialında iştirak edəcək şahmatçı Rauf Məmmədov ShamkirChess 2018 superturnirinin rəsmi saytına müsahibə verib.  2018-04-13 Daha ətraflı...
"ShamkirChess 2018" superturniri canlı yayımlanacaq Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2018" superturnirində bütün partiyalar canlı yayımlanacaq. Turnirin mətbuat xidmətinin məlumatına görə, yarışın rəsmi saytı - www.shamkirchess.com vasitəsilə oyunları canlı izləmək mümkün olacaq. 2018-04-11 Daha ətraflı...
Vladimir Kramnik ShamkirChess2018 superturnirində iştirak etməyəcək Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirində iştirakçıların siyahısında dəyişiklik edilib. ShamkirChess 2018-in mətbuat xidməti xəbər verir ki, sabiq dünya çempionu Vladimir Kramnik Təşkilat Komitəsinə məktub ünvanlayıb. 2018-04-11 Daha ətraflı...