Xəbərlər
2019-04-08
Maqnus Karlsen "ShamkirChess 2019"un qalibi oldu - video

Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirinin qalibi müəyyənləşib.

Dünya çempionu, norveçli Maqnus Karlsen sona bir tur qalmış rəqibləri üçün əlçatmaz olub. O, VIII turda Rusiya təmsilçisi Sergey Karyakini məğlub edərək xallarının sayını 6-a yüksəldib. İkinci yerdəki Karyakinin 4,5 xalı var.

Qeyd edək ki, Maqnus Karlsen daha öncə 2014, 2015 və 2018-ci illərdə bu turnirin qalibi olub.

"ShamkirChess2019"un mətbuat xidməti