Xəbərlər
2019-04-06
"ShamkirChess2019"da yeni şərhçilər 

Vüqar Həşimov Memorialında "ShamkirChess2019" turnirinin partiyaları rəsmi saytla canlı təqdim olunur. VI turun oyunlarını ingilis dilində Vüqar Həşimovun qardaşı, "Microsoft" Azərbaycan nümayəndəliyinin rəhbəri Sərxan Həşimov, sabiq dünya çempionu Veselin Topalovun meneceri Silvio Danailov və Veyk-An-Zee superturnirinin direktoru Yerun van den Berq şərh edir.

Qeyd edək ki, cari ildə V tur ingilis dilində şərhləri millimizin şahmatçısı Arkadiy Naydiç təqdim edib.

"ShamkirChess2019" turnirinin mətbuat xidməti