Xəbərlər
2018-04-21
Maqnus Karlsen mətbuat konfransına gəlmədi

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirində III tur davam edir. Hesabat turunda Azərbaycan şahmatçısı Rauf Məmmədov dünya çempionu Maqnus Karlsenlə heç-heçə oynayıb. Maraqlıdır ki, Rauf Məmmədovla xalı yarı bölən norveçli şahmatçı partiyadan sonra ənənəvi mətbuat konfransında iştirak etməyib.

ShamkirChess 2018 superturnirinin mətbuat xidməti xəbər verir ki, Maqnus Karlsen yarış zalından birbaşa məskunlaşdığı otelə yollanıb. 


ShamkirChess 2018 turnirinin mətbuat katibi